• Bakı 18° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Suriyanın Latakiya limanındakı gəmidə güclü partlayış olub - Video

HADİSƏ

11 Avqust 2021 | 11:21

Suriyanın Latakiya limanındakı gəmidə güclü partlayış olub - Video

Çərşənbə axşamı günorta saatlarında Suriyanın Latakiya limanında olan gəmidə güclü partlayış baş verib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, ərəb mediası Lazkiyə yanğınsöndürmə idarəsinin rəisinə istinadən limanda ticarət gəmisində baş verən yanğınla bağlı məlumat yayıb. Onun sözlərinə görə, 6 gəmi yanğının söndürülməsində iştirak edib və yanğın tez bir zamanda nəzarətə götürülüb . O, yanğının təmir işləri səbəbindən baş verdiyini bildirib.

Suriya İnsan Haqları Monitorinq Mərkəzi tamamilə fərqli bir versiya dərc edib: İranın neft tankerində müəmmalı partlayışın baş verdiyini və nəticədə göyərtəsində olan 3 suriyalı ölüdüyünü bildirib. Mərkəzdən verilən məlumata görə, İran neftini Suriyaya gətirən Panama bayraqlı gəmi limanın Rusiya hissəsində dayanıbmış.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026