2021 Formula 1 Azərbaycan Qran Prisi koronavirus pandemiyası səbəbindən azarkeşlər olmadan keçiriləcək.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bu gün keçirilən seminarında bildirilib.
Qeyd olunub ki, hazırda kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulduğu üçün Formula 1 yarışının azarkeşlər olmadan keçirilməsinə qərar verilib.
















