İstanbul Polis İdarəsi qrupları bu gün oynanılacaq “Fənərbaxça”-“AS Roma” matçı öncəsi əməliyyat keçirib.
Bakıvaxtı.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.
Məlumata görə, İstanbul Polis İdarəsinin İdman Təhlükəsizliyi Şöbəsinin əməliyyatı bu gün Kadıköydə oynanacaq “Fənərbaxça”-“AS Roma” matçının qara bazarda satışının qarşısını almaq məqsədilə keçirib. İstanbul mərkəzli 4 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlarda qara bazar biletlərini satmağa hazırlaşmaqda şübhəli bilinən 5 nəfər saxlanılıb.
Ev axtarışları zamanı bir çox rəqəmsal material müsadirə edilib.
Saxlanılan şübhəlilərlə bağlı istintaq davam edir.
Murad Məmmədli

















