• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

“Azərlotereya”nın idarəetməyə verilməsinə dair müqavilə imzalandı

CƏMİYYƏT

27 Fevral 2021 | 16:27

“Azərlotereya”nın idarəetməyə verilməsinə dair müqavilə imzalandı

Bu gün Bakıda “Azərlotereya”nın Türkiyənin “Demirören Holdinq” şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq.

Müqaviləyə əsasən, “Demirören Holdinq” milli lotereya, idman yarışları mərc oyunları və loto oyunlarının idarəetməsini beş ay ərzində öhdəsinə götürəcək.

Qeyd edək ki, yanvarın 16-da Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzalamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR