• Bakı 21° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO

HADİSƏ

07 Oktyabr 2021 | 20:32

Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın Əməkdar rəssamı, heykəltəraş Namiq Dadaşov vəfat edib.

Bu barədə Bakıvaxtı.az-a a Rəssamlar İttifaqından məlumat verilib.

Bildirilib ki, 76 yaşlı rəssam bu gün vəfat edib.

Qeyd edək ki, Namiq Dadaşov 1945-ci ildə anadan olub. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir. Namiq Dadaşov bir çox Beynəlxalq sərgilərin, həmçinin, fərdi və qrup sərgilərinin iştirakçısı olub. Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib.

Allah rəhmət eləsin.


Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026