Azərbaycanda tələbə avtoqəzada həlak olub.
Bu barədə Bakıvaxtı.az-a BDU-dan bildirilb.
Məlumata görə, BDU-nun SABAH qruplarının IV kurs Coğrafiya müəllimliyi ixtisasında təhsil alan Ata Şahin oğlu Əliyev avtoqəza nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, hadisə İsmayıllı rayonunun Hacıhətəmli kəndində qeydə alınıb. Dağlıq ərazidə hərəkət edən otbiçən traktorun idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Hacıhətəmli kənd sakini Əliyev Ata Şahin oğlu ölüb.
Traktorda olan sərnişin, Hacıhətəmli kənd sakini Əfqan Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Nuranə Daxilqızı

















