80 yaşlı kişi həyat yoldaşı tərəfindən işgəncələrə məruz qalıb.
Bakıvaxtı.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, hadisə Bərdədə baş verib.
İddialara görə, rayonun Gərənə kəndində 70 yaşlı Serbiya Cəfərova 10 ildir evli olduğu 80 yaşlı həyat yoldaşı Hidayət Cəfərovun öldüyünü deyərək molla çağıtdırıb..Kişinin ölmədiyini görən molla Rza Mirmanafov bu barədə onun birinci həyat yoldaşından olan övladlarına məlumat verib. Yalnız bundan sonra yaşlı kişi övladlarının köməyi ilə xəstəxanaya çatdırılıb.
Övladlarının sözlərinə görə, kişi həyat yoldaşı tərəfindən döyülüb, sonra isə ütü ilə yandırılıb.
Övladların iddia edirlər ki, Hidayər Cəfərov uzun müddət bu işgəncəyə məruz qalıb. Qoca kişi ac-susuz qalmaqla yanaşı həm də zirzəmidə saxlanılıb.
Faktla bağlı DİN-dən açıqlama verilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd edilən məsələ ilə bağlı Bərdə Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin olunub.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
















