• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bulvarda 3 nəfərin döyülməsi barədə araşdırma aparılır

HADİSƏ

04 Avqust 2022 | 16:16

Bulvarda 3 nəfərin döyülməsi barədə araşdırma aparılır

Daxili İşlər Nazirliyi həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin naməlum 5 qadın tərəfindən döyülməsi iddiası ilə bağlı bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlara cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib. Belə ki, vətəndaş E.Babayevanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR