Bakıda ofisin seyfindən külli miqdarda oğurluq edən şəxslər tutulub.
Bu barədə Bakıvaxtı.az-a DİN-dən bildirilib. Məlumata görə, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən ofislərin birinin seyfindən 46 444 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Muradov və Sumqayıt şəhər sakini T.Əfəndiyev saxlanılıb.
















