• Bakı 21° C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Vətən Müharibəsi şəhidinin atası vəfat etdi - FOTO

HADİSƏ

06 Iyul 2022 | 09:34

Vətən Müharibəsi şəhidinin atası vəfat etdi - FOTO

Vətən Müharibəsi Şəhidi Niyaməddin Ələkbərovun atası İsrafil Ələkbərov vəfat edib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin atası yaşadığı Sumqayıt şəhərində xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, şəhid Niyaməddin Ələkbərov kəşfiyyatçı gizir olub. Cəbrayıl uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhadətə qovuşub.

O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordenlə təltif edilib.


Vətən Müharibəsi şəhidinin atası vəfat etdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026