• Bakı 21° C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Kürdə 16 yaşlı gənc batdı

HADİSƏ

05 Iyul 2022 | 20:45 | Müəllif: Subhan Mahmudov

Kürdə 16 yaşlı gənc batdı

Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində 16 yaşlı gənc batıb.

Bu barədə Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

"112" qaynar telefon xəttinə Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Eldar Cəmaləddin oğlu Quliyevin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026