• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

“Araz”da innovativ yenilik: ovuc ilə ödənişlər başladı

CƏMİYYƏT

18 Sentyabr 2026 | 10:40 | Müəllif: Əli Hüseynov

“Araz”da innovativ yenilik: ovuc ilə ödənişlər başladı

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi müasir texnologiyaların tətbiqi ilə müştərilərinin alış-veriş təcrübəsini təkmilləşdirməyə davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu istiqamətdə təqdim olunan PalmPay sistemi artıq şirkətin 5 mağazasında istifadəyə verilib. Yeni həll müştərilərə ovuc biometrikası vasitəsilə ödənişlərini saniyələr ərzində tamamlamaq imkanı yaradır.

Yeniliyin tətbiqi “Araz”ın innovativ yanaşmasının və rəqəmsal həlləri gündəlik alış-veriş prosesinə inteqrasiya etmək istiqamətində atdığı addımların davamıdır. Müştəri rahatlığını ön planda tutan bu texnologiya kassada ödəniş prosesini daha sadə və sürətli edir.

Xidmətdən istifadə etmək üçün müştəri əvvəlcə PalmPay stendində ovucunu sistemə tanıtmalıdır. Qeydiyyat tamamlandıqdan sonra kassada ovucunu müvafiq cihaza yaxınlaşdırmaqla ödənişini həyata keçirə bilər.

“Araz” müasir texnologiyaları xidmət proseslərinə inteqrasiya etməklə müştərilərə daha rahat alış-veriş imkanları təqdim etməyi hədəfləyir. Ovuc biometrikası ilə ödəniş həlli də bu yanaşmanın praktik nümunələrindən biridir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR