• Bakı 24° C

    5.03 m/s

Yens Stoltenberq: COP29 iqlim dəyişikliyindən narahat olan hər kəs üçün vacibdir

COP29

17 Mart 2024 | 20:53 | Müəllif: Subhan Mahmudov

Yens Stoltenberq: COP29 iqlim dəyişikliyindən narahat olan hər kəs üçün vacibdir

Bu il Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyindən narahat olan hər kəs üçün vacibdir və bu, təhlükəsizlik məsələlərinə də aiddir.

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək. Hazırda iqlim dəyişikliyi ilə bağlı problemlər bütün dünyada müşahidə oluna bilər", - deyə o, bu tədbirin keçirilməsinin vacibliyini vurğulayıb.

Stoltenberqin sözlərinə görə, Azərbaycan alternativ enerjinin - külək və günəşin inkişafına fəal şəkildə sərmayə qoyur ki, bu da enerji keçidi və iqlim dəyişikliyi ilə mübarizə üçün vacibdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026