• Bakı 18° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Türkiyədə bütün meşə yanğınları NƏZARƏTƏ ALINDI

HADİSƏ

12 Avqust 2021 | 19:05 | Müəllif: Subhan Mahmudov

Türkiyədə bütün meşə yanğınları NƏZARƏTƏ ALINDI

Türkiyədə iyul ayının sonunda başlamış meşə yanğınlarının hamısı nəzarət altına alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, iyulun 28-dən etibarən Türkiyədə qeydə alınmış 299 meşə yanğınının hamısı söndürülüb. Hazırda torpağın soyudulması işləri aparılır.

Qeyd edək ki, meşə yanğınlarının söndürülməsi üçün 5200-dən çox canlı qüvvə, 12 təyyarə, 66 helikopter, 9 PUA və 1200-dən çox texnika cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026