Əməkdar artist Kübra Əliyeva və aktyor Allahverdi Yolçuyev bir araya gəlib.
Bakıvaxtı.az xəbər verir ki, K.Əliyeva həmkarının onun evinə qonaq gəldiyini bildirib.
Aktrisa birlikdə olan fotolarına "Bu gün sürpriz bir qonağım, sevimli aktyorumuz Allahverdi Yolçuyev məni ziyarətə gəldi, çox sevindim. Keçmişləri yada saldıq" sözlərini yazıb.
Qeyd edək ki, K.Əliyeva bir müddət əvvəl xəstəxanadan görüntüsünü paylaşaraq, qolundan zədə aldığını bildirib. Parkinson xəstəliyindən əziyyət çəkən A.Yolçuyev isə bir müddət əvvəl əməliyyat olunmuş, beyninə pil yerləşdirilmişdi. /axşam.az
















