• Bakı 16° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Prezident Kristin Karlanı da təbrik etdi

CƏMİYYƏT

31 Avqust 2026 | 11:11 | Müəllif: Əli Hüseynov

Prezident Kristin Karlanı da təbrik etdi

Prezident İlham Əliyev Trinidad və Tobaqo Respublikasının Prezidenti Kristin Karla Kanqaluya təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

    “Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

    İnanıram ki, Azərbaycan ilə Trinidad və Tobaqo arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

    Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Sentyabr 2026