• Bakı 22° C

    5.08 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Əməkdar jurnalist VƏFAT ETDİ - FOTO

HADİSƏ

07 Fevral 2022 | 12:24

Əməkdar jurnalist VƏFAT ETDİ - FOTO

Əməkdar jurnalist, publisist, prezident təqaüdçüsü, “Şöhrət” ordenli Qalina Mikeladze vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xəbər yayıb. Qeyd olunub ki, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatını əhatə edən prosesləri daim diqqətdə saxlayan və obyektiv işıqlandıran istedadlı jurnalist Qalina Mikeladzenin qələmindən çıxan yazılar özünəməxsusluğu ilə seçilib, oxucuların rəğbətini qazanıb.

"O, mədəniyyət xadimləri, məşhur siyasətçi, maarifçi və xeyriyyəçilər, tariximizdə iz qoymuş görkəmli qadınlar haqqında neçə-neçə məqalə, araşdırma və essenin, 20-dən artıq kitabın müəllifi olub.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi görkəmli jurnalistin vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir"-, deyə bildiirlib.


Əməkdar jurnalist VƏFAT ETDİ - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026