• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bakının mərkəzində quzu gəzdirən şəxslərlə bağlı DİN-dən açıqlama

CƏMİYYƏT

03 Mart 2021 | 11:16

Bakının mərkəzində quzu gəzdirən şəxslərlə bağlı DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi ötən axşam Bakının mərkəzində quzuya uşaq bezi geyindirərək gəzdirən iki nəfərin saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirib.

DİN-nin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, həmin şəxslərə izah olunub ki, pandemiya səbəbindən insanların bir araya toplaşması yol verilməzdir:

"Həmin şəxslərə izah olunub ki, xüsusi karantin rejimi dövründə insanların sıx toplaşmağına səbəb olan hərəkətlər yolverilməzdir. Bundan əlavə şəhər mərkəzində quzu gəzdirmək olmaz.

Onlarla profilaktik söhbət aparılıb və sərbəst buraxılıblar. Həmin şəxslər cərimə edilməyib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026