• Bakı 18° C

    3.01 m/s

Almaniyada benzinin qiyməti rekord həddə yaxınlaşır

DÜNYA

14 Sentyabr 2026 | 13:34 | Müəllif: Günəş Mərd

Almaniyada benzinin qiyməti rekord həddə yaxınlaşır

Alman Avtomobil Klubunun (ADAC) hesabatına görə, Almaniyada büdcə yanacağı hesab olunan Super E10 benzininin qiyməti kəskin artıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda E10 benzininin bir litrinin orta qiyməti 2,273 avro təşkil edir.

Bu, sentyabrın 11-dən etibarən 1,7 avro sent artım deməkdir. Qiymət 2026-cı ilin aprelində qeydə alınmış rekord göstəricidən cəmi 4,3 sent aşağıdır.

Mütəxəssislər dizel yanacağının qiymətinin də yaxın günlərdə rekord həddə çata biləcəyini bildirirlər.

Almaniyada yanacağın bahalaşması son günlərdə Yəmənin “Ənsar-Allah” hərəkatının husilərinin hücumlarından sonra Bab əl-Məndəb boğazı ətrafında gərginliyin artması ilə əlaqələndirilir.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026