• Bakı 18° C

    3.39 m/s

Zelenski sabiq mətbuat katibinə qarşı sanksiya tətbiq edib

DÜNYA

13 Sentyabr 2026 | 23:44 | Müəllif: Gülşən Şərif

Zelenski sabiq mətbuat katibinə qarşı sanksiya tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski 2019-2021-ci illərdə onun mətbuat katibi vəzifəsində çalışmış Yuliya Mendelə qarşı sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, Zelenski sentyabrın 13-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə mindirən fərman imzalayıb.

Mendel Ukrayna və Rusiya vətəndaşlarından ibarət 10 nəfərlik siyahıya daxil edilib. Kiyev bu şəxsləri dezinformasiya və Rusiya təbliğatının yayılmasında, həmçinin Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini dəstəkləməkdə ittiham edir.

Sanksiyalar çərçivəsində aktivlərin bloklanması, ticarət əməliyyatlarının dayandırılması və kapitalın ölkədən çıxarılmasına qadağa kimi məhdudiyyətlər nəzərdə tutulub.

Sanksiyaların 10 il müddətinə tətbiq ediləcəyi bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026