• Bakı 30° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

FHN növbəti dəfə ağacəkmə aksiyası keçirib

COP29

26 Oktyabr 2024 | 14:44 | Müəllif: Əli Hüseynov

FHN növbəti dəfə ağacəkmə aksiyası keçirib

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin elan olunduğu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən növbəti ağacəkmə aksiyası keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Abşeron rayonunda yerləşən “İzotop” xüsusi kombinatının ərazisində təşkil olunan aksiyada general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin kollektivi iştirak edib.

    Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.

    Ağacəkmə aksiyasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən eldar şamı, çinar və zeytun ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.

    Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil edilir.


    FHN növbəti dəfə ağacəkmə aksiyası keçiribFHN növbəti dəfə ağacəkmə aksiyası keçiribFHN növbəti dəfə ağacəkmə aksiyası keçiribFHN növbəti dəfə ağacəkmə aksiyası keçiribFHN növbəti dəfə ağacəkmə aksiyası keçirib
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Sentyabr 2026