• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Evdən oğurluq edən şəxs saxlanıldı - FOTO

HADİSƏ

05 May 2022 | 09:18

Evdən oğurluq edən şəxs saxlanıldı - FOTO

Kürdəmirdə evdən məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb.

Araşdırmalarla onun rayon sakini Azər Əliyev olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, evə qanunsuz olaraq daxil olduğunu, oradan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurladığını bildirib.

Polis əməkdaşları tərəfindən A.Əliyev tərəfindən oğurlanan əşya və avadanlıqların yeri müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.
Faktla əlaqədar Kürdəmir RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Evdən oğurluq edən şəxs saxlanıldı - FOTOEvdən oğurluq edən şəxs saxlanıldı - FOTOEvdən oğurluq edən şəxs saxlanıldı - FOTOEvdən oğurluq edən şəxs saxlanıldı - FOTOEvdən oğurluq edən şəxs saxlanıldı - FOTOEvdən oğurluq edən şəxs saxlanıldı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026