• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

DYP Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı görüntüləri yaydı

HADİSƏ

05 May 2022 | 15:00

DYP Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı görüntüləri yaydı

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı görüntüləri yayıb.

BDYPİ-dən Bakıvaxtı.az-a bildirilib ki, ötən gün saat 19:00 radələrində Şəmkir rayonu, Şuşa küçəsində rayon sakini, 1990-cı il təvəllüdlü Cəfərov Tural İsmayıl oğlunun idarə etdiyi “Ford Cargo” markalı, 99-JT-341 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə onunla eyni istiqamətdə hərəkətdə olan Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Muxdarov Elsəvər Möhübbət oğlunun idarə etdiyi eyni markalı, 99-JT-915 dövlət qeydiyyat nişanlı yük avtomibili toqquşub və hər iki nəqliyyat vasitəsi aşıb:

"Qəza nəticəsində 99-JT-915 dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü Elsəvər Muxdarov və sərnişini, 1977-ci il təvəllüdlü Əliyev Asif Yusif oğlu həyatını itirib, digər yük avtomobilinin sürücüsü Tural Cəfərov isə yaralanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır".


DYP Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı görüntüləri yaydıDYP Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı görüntüləri yaydı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026