• Bakı 25° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

COP29-da iştirak edəcək nümayəndə heyətləri üçün tarif portalı istifadəyə verilib

COP29

17 Avqust 2024 | 11:12 | Müəllif: Əli Hüseynov

COP29-da iştirak edəcək nümayəndə heyətləri üçün tarif portalı istifadəyə verilib

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakını təsdiqləyən nümayəndə heyətləri üçün tarif portalını istifadəyə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsində hesabında paylaşım edilib.

“Portal COP29 zamanı nümayəndə heyətlərinə göstəriləcək xidmətlərin logistikasını və planlaşdırılmasını optimallaşdırmaq üçün yaradılıb. Bu protal, tədbir üçün zəruri olan mebel, audiovizual avadanlığın və birbaşa yayım xidmətlərinin icarəsi variantlarını müqayisə etməyə, həmçinin logistika əməliyyatları daha rahat və mütəşəkkil şəkildə həyata keçirməyə kömək edəcək”, - paylaşımda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026