Çində avqust ayında təbii fəlakət nəticəsində 595 nəfər həlak olub və ya itkin düşüb.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, avqust ayında Çində 12,62 milyon insan fəlakət zonalarında olub və 1,18 milyon sakin təcili olaraq təxliyə edilib.
Tayfunlar, daşqınlar və torpaq sürüşmələri avqust ayında Çində ən çox ziyana səbəb olan təbii fəlakətlər arasında olub. Bu fəlakətlər 400-dən çox evi dağıdıb, 5900 evə isə ziyan vurub.
Həmçinin 857 400 hektar kənd təsərrüfatı sahəsi təsirlənib.
Gülşən Şərif
















