• Bakı 25° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Bakıda COP29-la bağlı gecə monitorinqləri başa çatdı

COP29

20 Oktyabr 2024 | 09:22 | Müəllif: Subhan Mahmudov

Bakıda COP29-la bağlı gecə monitorinqləri başa çatdı

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29-a hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə gecə saatlarında keçirilən monitorinqlər uğurla yekunlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilən monitorinq tədbirləri çərçivəsində oktyabrın 20-də saat 02:30-dan 04:00-dək paytaxtın mərkəzində qonaqların yerləşməsi üçün nəzərdə tutulmuş müxtəlif qonaqlama məkanları, Heydər Əliyev Beynəlxalq Aeroportu və tədbir məkanı istiqamətlərində müvafiq nəqliyyat vasitələrinin hərəkəti test edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026