• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

20 yaşlı qızı maşınla vuraraq hadisə yerindən qaçdı

HADİSƏ

15 Mart 2021 | 00:24

20 yaşlı qızı maşınla vuraraq hadisə yerindən qaçdı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Odlar Yurdu Universitetinin qarşısında yolu keçən 2001-ci il təvəllüdlü Əliyeva Sumrun Ramiz qızını avtomobil vurub. Ağır xəsarətlər alan yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı-kəllə beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Qeyd edək ki, sürücü hadisə yerindən qaçıb.

Hadisənin təfərrüatı araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR