• Bakı 18° C

    3.34 m/s

Rusiya MN-in keçmiş rəisinin əmlakına həbs qoyuldu

DÜNYA

25 Avqust 2025 | 17:06 | Müəllif: Əli Hüseynov

Rusiya MN-in keçmiş rəisinin əmlakına həbs qoyuldu

Rusiya Müdafiə Nazirliyinin 4 saylı Baş Hərbi Tikinti İdarəsinin keçmiş direktor müavini İvan Smetanyukun əmlakına həbs qoyulub.

Bakıvaxtı.az bu barədə TASS-a istinadla xəbər verir.

İstintaq Komitəsindən verilən məlumata görə, onun əmlakı 143 milyon rubl dəyərində qiymətləndirilib.

Qeyd edək ki, Smetanyuk dövlət müdafiə sifarişi çərçivəsində vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. İddialara görə, o, 2019–2020-ci illərdə Xabarovskda obyektlərin tikintisinə nəzarəti təmin etməyib və nəticədə çoxsaylı pozuntular baş verib.

Hadisə nəticəsində Müdafiə Nazirliyinə 650 milyon rubldan çox ziyan dəydiyi bildirilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026