• Bakı 20° C

    2.94 m/s

Aİ liderləri BMT Baş Assambleyasında Suriya prezidenti ilə görüşdü

DÜNYA

24 Sentyabr 2025 | 16:26 | Müəllif: Əli Hüseynov

Aİ liderləri BMT Baş Assambleyasında Suriya prezidenti ilə görüşdü

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Antonio Kosta BMT-nin 80-ci Baş Assambleyası çərçivəsində Suriya prezidenti Əhməd Şaraa ilə görüşüblər.

Bakıvaxtı.az xəbər verir ki, liderlər görüşdə Suriyanın keçid prosesində üzləşdiyi çətinlikləri müzakirə ediblər.

Onlar Aİ-nin Suriyanın rəhbərlik etdiyi, əhatəli və dinc keçid prosesinə dəstəyini vurğulayıblar.

Kosta və fon der Leyen Suriya ilə siyasi dialoqun artırılması, humanitar ehtiyacların qarşılanması və ölkənin yenidən qurulmasına sadiq olduqlarını bildiriblər. 

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026