Ölkənin nüvə obyektlərinə qarşı çoxsaylı hücumlar və təxribatlar nəzərə alınmaqla, nüvə silahından çəkindirmə məsələsinin müzakirəsi qeyri-adi bir addım deyil.
Bakıvaxtı.az IRNA xəbər agentliyinə istinadən xəbər verir ki, bunu mətbuat konfransında çıxış edən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
O, həmçinin Tehranın nüvə doktrinasını dəyişdirdiyi və ya Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağı düşündüyü barədə iddiaları təkzib edib.
Bəqayi qeyd edib ki, Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsindəki öhdəliklərinə əməl etməyə davam edir.
Gülşən Şərif
















