Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Məkkə istiqamətində uçan husilərə PUA-nı məhv edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü Türki əl-Maliki "X" hesabında bildirib.
O qeyd edib ki, PUA şəhərin cənub tərəfində vurulub:
“Bu, düşmən tərəfindən Məkkəyə 2017-ci il iyulun 27-də ballistik raketlə edilən ilk hücumdan sonra həyata keçirilən ikinci cəhddir”.
Qeyd edək ki, husi “rəsmiləri” Məkkəyə edilən hücumla bağlı iddiaları təkzib edib.
















