• Bakı 21° C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Hindistanlı turistin axtarışlarına alpinistlər və dronlar cəlb olundu

HADİSƏ

02 Iyun 2022 | 11:50

Hindistanlı turistin axtarışlarına alpinistlər və dronlar cəlb olundu

Zaqatalada itkin düşən Hindistan vətəndaşının axtarışları davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zaqatala rayonunda itkin düşən 29 yaşlı Hindistan Respublikası vətəndaşının axtarışları davam etdirilir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularından, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşlarından ibarət qruplarla yanaşı ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar da axtarışlara cəlb olunub.

"Hazırda çətin relyefli dağlıq ərzilərdə itkin düşən şəxsin tapılması istiqamətində bütün zəruri tədbirlər görülür" - deyə DİN rəsmisi qeyd edib.

Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada olan itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026