• Bakı 21° C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Uçqunda ölən azərbaycanlının kimliyi müəyyənləşdi

HADİSƏ

02 Iyul 2022 | 09:17 | Müəllif: Subhan Mahmudov

Uçqunda ölən azərbaycanlının kimliyi müəyyənləşdi

Türkiyənin Artvin vilayətində baş verən torpaq uçqunu nəticəsində ölən azərbaycanlı sürücünün kimliyi müəyyənləşib.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, 38 yaşlı Şahmar Kərimovdur.

Bundan başqa, hadisə nəticəsində Vüqar Məmmədov adlı Azərbaycan vətəndaşı da yaralanıb. Digər yaralının isə özbəkistanlı olduğu bildirilir.

Qeyd edək ki, sözügedən hadisə Kemalpaşa rayonu ərazisində baş verib. Hadisə nəticəsində nəqliyyat vasitələrinə də ziyan dəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026