• Bakı 20° C

    0.78 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

İsmayıllıda "KİA" markalı iki avtomobil toqquşub, ölən və yaralı var - FOTO

HADİSƏ

31 Iyul 2022 | 11:36

İsmayıllıda "KİA" markalı iki avtomobil toqquşub, ölən və yaralı var - FOTO

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün saat 10:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisində hərəkət edən "KİA" markalı minik avtomobili qarşı tərəfdən gələn eyni markalı maşınla toqquşub.

Hadisə zamanı sürücülərdən biri, Bakı sakini, 1985-ci il təvəllüdlü Hacıyev Ruslan Vaqif oğlu aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb, sərnişini, Cülyan kənd sakini, 1999-cu il təvəllüdlü Hüseynov Həsən Müşfiq oğlu xəsarət alıb. Yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


İsmayıllıda "KİA" markalı iki avtomobil toqquşub, ölən və yaralı var - FOTOİsmayıllıda "KİA" markalı iki avtomobil toqquşub, ölən və yaralı var - FOTOİsmayıllıda "KİA" markalı iki avtomobil toqquşub, ölən və yaralı var - FOTOİsmayıllıda "KİA" markalı iki avtomobil toqquşub, ölən və yaralı var - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026