• Bakı 20° C

    0.78 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Masallıdakı yanğın söndürüldü

HADİSƏ

30 Avqust 2022 | 09:38

Masallıdakı yanğın söndürüldü

Xəbər verdiyimiz kimi, Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində təxminən 5 hektar sahədə ağaclıq və kol-kos yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Yanğının söndürülməsi əməliyyatında ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları, bir qrup kənd sakini iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR