• Bakı 17° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Göyçayda PARTLAYIŞ:  Ata və oğul... - YENİLƏNİB

HADİSƏ

28 Sentyabr 2022 | 16:28

Göyçayda PARTLAYIŞ: Ata və oğul... - YENİLƏNİB

Göyçay rayonunda otbiçən maşının mühərrikinin partlaması nəticəsində yaralanan Cavid Məcidov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən  bildirilib ki, hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. /Report

 

13:48

Göyçay rayonunda otbiçən maşınının mühərriki partlayıb, ata-oğul yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə sentyabrın 27-də rayonun İnçə kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Cavid Məcidov otbiçən maşınının mühərrikini işə salmağa çalışıb. Bu zaman mühərrik partlayıb və yanğın başlayıb. Yaxınlıqda olan C.Məcidovun atası, 1966-cı il təvəllüdlü Sərvər Məcidov yanğını söndürməyə cəhd edib. Nəticədə hər iki şəxs ağır xəsarət alıb. Daha sonra onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda atanın vəziyyəti normaldır. Lakin həkimlər C.Məcidovun vəziyyətinin ağır kimi qiymətləndirir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, C.Məcidov Vətən müharibəsi iştirakçısıdır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR