• Bakı 19° C

    2.13 m/s

Beş qadına qarşı təcavüzdə ittiham olunur

MƏDƏNİYYƏT

09 Sentyabr 2026 | 17:44 | Müəllif: Günəş Mərd

Beş qadına qarşı təcavüzdə ittiham olunur

50 yaşlı britaniyalı aktyor və rejissor Noel Klarka beş qadının irəli sürdüyü iddialar əsasında altı seksual xarakterli cinayət üzrə ittiham irəli sürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya Kral Prokurorluq Xidməti (CPS) məlumat yayıb.

İddia olunan hadisələrin 2007–2016-cı illər arasında baş verdiyi bildirilir.

CPS bildirib ki, 2025-ci ilin sentyabrında başlayan istintaqın nəticəsində işin məhkəməyə göndərilməsi üçün kifayət qədər sübut müəyyən edilib.

Aktyor daha əvvəl onun barəsində səsləndirilən seksual xarakterli iddiaları rədd edib. 

Klarkın oktyabrın 21-də Londondakı Vestminster Magistrat Məhkəməsində hakim qarşısına çıxması gözlənilir. 

Qeyd edək ki, Noel Klark “Doctor Who” serialındakı rolu, həmçinin “Kidulthood” filmi ilə tanınır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR