q
  • Bakı 22° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Adil Kərimli ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir

    CƏMİYYƏT

    13 May 2026 | 16:20

    Adil Kərimli ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir

    Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) ali orqanı Baş Konfransının 15-ci sessiyası keçirilir.

    Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə sessiyada iştirak edir.

    Sessiyanın açılış mərasimində Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, bir sıra ölkələrdən rəsmilər və irs sahəsi üzrə mütəxəssislər iştirak ediblər.

    Tədbirdə ICESCO-nun 2026–2029-cu illər üzrə strateji fəaliyyət planı, təşkilatın büdcəsi, eləcə də üzv dövlətlərlə mədəni-humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

    Sessiya çərçivəsində ICESCO-nun baş direktoru vəzifəsinə Salim bin Məhəmməd əl-Malikin namizədliyi irəli sürülüb və o, yekdilliklə yenidən təşkilatın rəhbəri seçilib.

    Qeyd edək ki, Baş Konfrans 15-ci çərçivəsində "Kazan – 2026: İslam Dünyasının Mədəniyyət Paytaxtı İli"nin açılış mərasimi də keçiriləcək.


    SON XƏBƏRLƏR