q
  • Bakı 24° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Maşın dərəyə aşdı, yoldaşı və qohumu öldü

HADİSƏ

13 May 2026 | 11:20

Maşın dərəyə aşdı, yoldaşı və qohumu öldü

Gəncə Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüsal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Məmmədov 5 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, V.Məmmədov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, V.Məmmədov Şəmkir şəhərində yaşayıb və orta məktəblərindən birində fiziki tərbiyə müəllimi işləyib. O, ailəsi və qohumları ilə birlikdə Gədəbəy rayonuna istirahətə gedib. İstirahətdən qayıdarkən V.Məmmədov KIA markalı avtomobilə idarəetməni itirib və maşın dərəyə aşırıb. Hadisə nəticəsində avtomobildə olan həyat yoldaşı 1991-ci il təvəllüdlü Azadə Məmmədova və qohumu, 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüblər.

Avtomobildə olan sürücü və digər 3 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.


SON XƏBƏRLƏR

12 May 2026