Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 74 xarici vətəndaşı ölkədən deportasiya edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan DİN sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Hindistan, Efiopiya, Pakistan, Keniya, İran, Belarus, Misir, Tacikistan, Rusiya, İraq, Zimbabve, Azərbaycan, Türkmənistan, Ermənistan, Sudan, Uqanda, Özbəkistan və digər ölkələrin vətəndaşları Gürcüstandan çıxarılıblar.
Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.
Bakı 




