q
  • Bakı 20° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Kral III Çarlz: Dünyadakı qeyri-sabitlik Britaniyanı təhdid edir

DÜNYA

13 May 2026 | 17:28

Kral III Çarlz: Dünyadakı qeyri-sabitlik Britaniyanı təhdid edir

Böyük Britaniya kralı III Çarlz Parlamentdə yeni qanunvericilik sessiyasının açılışında dünyada artan qeyri-sabitliyin ölkəsini təhdid etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, xüsusilə Yaxın Şərqdəki gərginliyin Britaniyanın enerji, müdafiə və iqtisadi təhlükəsizliyini sınaqdan keçirdiyini vurğulayıb.

Kral hökumətin yaşayış xərclərini nəzarətdə saxlamaq və iqtisadi sabitliyi qorumaq üçün tədbirlər görəcəyini qeyd edib.

Çarlz həmçinin Avropa İttifaqı ilə münasibətlərin gücləndiriləcəyini və bunun üçün yeni qanun hazırlanacağını açıqlayıb.

Çıxışında o, Britaniyanın İsrail-Fələstin münaqişəsində iki dövlətli həlli dəstəkləməyə davam edəcəyini də bildirib.

Murad İsmayıl


SON XƏBƏRLƏR