q
  • Bakı 20° C

    4.16 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - Video

CƏMİYYƏT

13 May 2026 | 17:06

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - Video

Mayın 14-də Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalının açılışı olacaq. 

Bakıvaxtı.az xəbər verir ki, festivala Cıdır düzündə “Mənim Azərbaycanım” rəqs kompozisiyası və görkəmli bəstəkar Cahangir Cahangirovun “Cənnətim Qarabağ” əsəri ilə start veriləcək.

Bu il də “Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən musiqi kollektivləri və solo ifaçılar qatılıb. 

Festivala azərbaycanlı ifaçılarla yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Yaponiyadan incəsənət xadimləri dəvət olunub. Festivalda korifey ifaçılar, həmçinin gənc musiqiçilər çıxış edəcək. 

Festival mayın 15-də başa çatacaq.


SON XƏBƏRLƏR