q
  • Bakı 20° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Rusiyadan şərt: “Donbasdan geri çəkilin, atəşkəs başlasın”

DÜNYA

13 May 2026 | 17:21

Rusiyadan şərt: “Donbasdan geri çəkilin, atəşkəs başlasın”

Ukrayna prezidenti Vladimir Zelenski döyüşlərin dayandırılması və hərtərəfli sülh danışıqlarının başlaması üçün ordusuna Donbas bölgəsindən geri çəkilmə əmri verməlidir.

Bakıvaxtı.az xəbər verirki, bu barədə Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, bu addımdan sonra atəşkəs qüvvəyə minə və tərəflər danışıqlara başlaya bilər.

Kremlin sözçüsü həmçinin qeyd edib ki, Rusiya bu məsələ ilə bağlı ABŞ və Ukrayna tərəfi ilə məlumat mübadiləsini davam etdirir.

O, əlavə olaraq, Moskvanın ABŞ-la iqtisadi layihələr və “Şimal Axını-2” üzrə əməkdaşlıq imkanlarını da nəzərdən keçirdiyini bildirib.

Murad İsmayıl


SON XƏBƏRLƏR