q
  • Bakı 22° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Prezidentin Zəngilan mesajı: Regionun yeni logistika xəritəsi

SİYASƏT

13 May 2026 | 15:02

Prezidentin Zəngilan mesajı: Regionun yeni logistika xəritəsi

"Bugünkü dəyişən dünyada geosiyasi risklərin qlobal təchizat zəncirlərinə təsirini anlamaq onların səmərəliliyini və davamlılığını təmin etmək üçün vacibdir. Son illərdə beynəlxalq münaqişələr, siyasi dəyişikliklər, Avropa iqtisadi sanksiyaları və hətta təbii fəlakətlər şəklində baş verən geosiyasi hadisələr qlobal nəqliyyat şəbəkələrinə əhəmiyyətli dərəcədə təsir göstərir, müxtəlif çətinlik və maneələr yaradır".

Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Bakıvaxtı.az-a Prezidentin Zəngilan rayonunun logistika imkanları haqqında fikirlərini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, həyati əhəmiyyətli ticarət arteriyası olan Hörmüz boğazının demək olar ki, tamamilə bağlanması qlobal enerji bazarlarında şok dalğaları yaratdı. Xüsusilə Asiyadakı ölkələr qlobal neft tədarükünün 13%-dən çoxunun və mayeləşdirilmiş təbii qaz axınının təxminən beşdə birinin qəfil itirilməsi ilə mübarizə aparırlar. Çətin çoxdur, mübarizə isə genişmiqyaslı olmalıdır. Bu çətinliklərə rəğmən karvan da keçməlidir. Yüklərin axını davam edir:

"Bu, idxaldan asılı iqtisadiyyatlara çox ehtiyac duyulan yardım təklif etsə də, lakin onu qlobal enerji sisteminin normal vəziyyətə qayıtdığına dair bir siqnal deyil kimi yox, əksinə həyəcan təbili kimi qəbul etmək lazımdır. Ona görə ki, baş verə biləcək istənilən eskalasiyada iqtisadiyyatları kövrək olan, ən çox da qapalı dövlətlər bundan təsirlənməsinlər, çünki belə ölkələrdə təsirin dərhal şahidiyik. Həm də axın faktiki olaraq münaqişədən əvvəl hər gün Hörmüzdən keçən təxminən 140 gəminin yalnız bir hissəsini təmsil edir ki, bu da qlobal bazarların sıx və həssas qalması deməkdir. Daha əhəmiyyətlisi proses yeni bir nizama işarə edir. Tərəf və tərəflər Hörmüz boğazının açıq və ya bağlı olub-olmadığını deyil, kimin bundan istifadə edəcəyini diktə etməyə başlayır".

Şəbnəm Həsənova: Prezident bir daha Azərbaycanın mövqeyini aydın ortaya qoydu ki, Zəngilan iki ölkə arasında sərhəd-keçid məntəqəsi olacaq

Ş.Həsənova qeyd edib ki, bu tənzimləmə mövcud münaqişədən daha uzun müddət davam edə və hətta növbəti münaqişənin toxumlarını səpə bilər. İran boğucu nöqtə və geniş mənada digər maraqlı tərəflər də daxil olmaqla tərəflər qlobal iqtisadiyyat üzərindəki nəzarətdən imtina etmək istəmir. Bu istəksizliyin Cənubi Qafqazda da şahidi oluruq. Bu inkarolunmaz, qarşısıalınmaz durumda region dövlətlərinin rəqabətə verdiyi reaksiya imkanları fürsətə çevirmək olmalıdır:

"Azərbaycan məhz bu istiqamətdə siyasət yürüdür. Dövlətimizin başçısı Zəngilanda bir daha Azərbaycanın mövqeyini aydın ortaya qoydu ki, Zəngilan iki ölkə arasında sərhəd-keçid məntəqəsi olacaq, bu rayon vasitəsilə Fars Körfəzinə çıxış olacaq. Ermənistan qapalı hövzədir. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan "Deutsche Welle"yə verdiyi müsahibədə də bildirdi ki, Ermənistan qapalı ölkədir. Odur ki, Ermənistanın atdığı addımlar son dərəcə düşünülmüş addımlar olmalıdır. Revanşizm regiona mənfi təsir edəcəksə, ilk növbədə Ermənistandan çox şeyi qopardacaq. Üz-üzə qalınan amil dövlət kimi legitimliyinin sual altına düşməsi ola bilər ki, Simonyanın müsahibəsi də göstərir ki, Ermənistan bunu dərk etməmiş deyil". 

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR