• Bakı 20° C

    6.25 m/s

Şəhid atası vəfat etdi - Foto

SİYASƏT

13 May 2026 | 16:00 | Müəllif: Əli Hüseynov

Şəhid atası vəfat etdi - Foto

Vətən müharibəsi şəhidi Rəvan Daşdəmirovun atası qəfil vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, 1957-ci il təvəllüdlü Məzahir Daşdəmirov yaşadığı Gəncə şəhərinin Məhsəti qəsəbəsində ürəktutmadan dünyasını dəyişib.

Mərhum sabah dəfn olunacaq.

Qeyd edək ki, şəhid Rəvan Daşdəmirov 1994-cü ildə Gəncə şəhərində doğulub. O, Vətən müharibəsi zamanı Füzuli, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda vuruşub. 27 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhidlik zirvəsinə ucalıb, iki gün sonra Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Qəhrəmanımız subay idi.

R.Daşdəmirov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Vətənə xidmətə görə” medalları ilə təltif edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026