q
  • Bakı 24° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Baş diplomat Əraqçi ilə danışdı

SİYASƏT

13 May 2026 | 13:03

Baş diplomat Əraqçi ilə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Məlumata görə, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, regionda mövcud vəziyyət və bu çərçivədə danışıqlar prosesinin gedişatı, İran ətrafında vəziyyətin diplomatik və siyasi həll perspektivləri ətrafında müzakirə aparılıb.

Nazir Abbas Əraqçi danışıqlar prosesi barədə ətraflı məlumat verib.

Ceyhun Bayramov münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səyləri dəstəklədiyini diqqətə çatdırıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR

12 May 2026