Türkiyədə daha bir bələdiyyə sədri ilə bağlı ittiham aktı hazırlanıb.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Qaziosmanpaşa Bələdiyyəsinin sədri Hakan Bahçetepeyə qarşı ittiham aktı hazırlanıb.
Bahçetepenin rüşvət almaq, cinayət yolu ilə əldə edilən aktivlərin yuyulması və haqsız varlanma cinayətlərinə görə cəzalandırılması tələb olunub.
Murad Məmmədli
Bakı 




