q
  • Bakı 22° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Makron arvadına xəyanət edir? -SİLLƏLƏNDİ...

DÜNYA

13 May 2026 | 16:42

Makron arvadına xəyanət edir? -SİLLƏLƏNDİ...

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brigit Makron ilə bağlı yeni iddialar Fransa mediasında geniş müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Makron bir neçə ay ərzində iranlı aktrisa Gülşiftə Fərahani ilə “platonik münasibət” yaşayıb.

İddialara əsasən, Brigit Makron həyat yoldaşının telefonunda aktrisaya göndərilmiş sevgi dolu mesajları gördükdən sonra əsəbiləşib. Bildirilir ki, məhz bundan sonra cütlük arasında gərginlik yaranıb.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü Emmanuel Makron 2007-ci ildə özündən 25 yaş böyük olan Brigit Makronla ailə həyatı qurub.

Xatırladaq ki, 2025-ci ilin may ayında Vietnam səfəri zamanı təyyarədən enərkən kameraların qeydə aldığı görüntülərdə Brijit Makronun həyat yoldaşına sərt şəkildə toxunduğu anlar diqqət çəkmişdi. Həmin görüntülər sosial şəbəkələrdə və beynəlxalq mediada uzun müddət gündəmdə qalmışdı.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR