q
  • Bakı 20° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Zəngilana köçənlərə açarlar verildi - YENİLƏNİB

CƏMİYYƏT

13 May 2026 | 15:02

Zəngilana köçənlərə açarlar verildi - YENİLƏNİB

İşğaldan azad olunan Zəngilan şəhərinə köçürülən sakinlərə mənzillərin açarları təqdim olunub.

Bakıvaxtı.az xəbər verir ki, şəhərə çatan ailələr qarşılandıqdan sonra onlara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə məlumat verilib, təhlükəsizlik qaydaları izah olunub.

    Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr yeni mənzillərinin açarlarını qəbul edərək evlərində məskunlaşıblar.

    Qeyd edək ki, bu mərhələdə Zəngilan şəhərinə 59 ailə, ümumilikdə 235 nəfər köçürülüb.

    ***

    14:06

    Köç karvanı Zəngilan şəhərinə çatıb.

    Bakıvaxtı.az-ın xəbərinə görə, bu gün Zəngilan şəhərinə 59 ailə - 235 nəfər köçürülüb.

      Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


      SON XƏBƏRLƏR