q
  • Bakı 20° C

    4.16 m/s

  • USD - 1.7

    EUR - 1.9986

    RUB - 2.3056

Azadlıq vədi verdi, özü tutuldu

CƏMİYYƏT

13 May 2026 | 16:46

Azadlıq vədi verdi, özü tutuldu

Vətəndaşı həbsdən buraxdıracağına, eləcə də digər şəxsə mebel sexi açdıracağına söz verərək onlara qarşı dələduzluqda təqsirləndirilən Səmədağa Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakıvaxtı.az-ın oxu.az-a istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə iclasda şahidlər ifadə verib.

Şahid Namiq Abbasov bildirib ki, Ceyhun adlı uşaqlıq dostu ondan iş görmək məqsədilə 40 min dollar istəyib:

"Uşaqlıq dostum dedi ki, bir nəfər var, onunla iş görmək istəyir, amma maddi kömək lazımdı. Mən də ona 40 min dollar verdim. Ceyhun da o pulu təqsirləndirilən şəxsə verib. Bütün hallar da ortadadır".

Məhkəmənin növbəti iclası iyunun 9-na təyin edilib.

İttiham aktında göstərilib ki, Səmədağa Ağalarov etibardan sui-istifadə edərək Seymur Həziyevə qardaşı Elnur Həziyevi yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə şərti olaraq həbsdən buraxdıracağına dair yalan vəd verib.

Elnur Həziyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23.09.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu iş müqabilində Səmədağa zərərçəkmişdən ümumilikdə 74 min manat alaraq dələduzluq edib.

Bundan başqa Səmədağa Ağalarov təkrarən etibardan sui-istifadə etmə yolu ilə Ceyhun Şəfiyevə mebel sexi açacağı, ora müəyyən avadanlıqlar alaraq istehsala başlayıb satışı təşkil edəcəyi, əldə olunan qazancı yarı böləcəkləri barədə yalan vəd verib.

O, zərərçəkmişdən ayrı-ayrı vaxtlarda ümumilikdə 149.296 manat pulunu alaraq ona qarşı külli miqdarda dələduzluq edib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsi zamanı özünü təqsirli bilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR